McDonald's-ın adı dələduzluq işində

6 May 2015 17:30
Avropa Birliyi Amerikanın "McDonald's" şirkətinin 1 milyard dollar məbləğində vergidən yayınmasını araşdırır.

Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin rəqabət üzrə komissarı Marqaret Vestaqer bildirib.

Onun sözlərinə görə, həmkarlar ittifaqlarının müraciətləri əsasında araşdırma aparılır. Müraciətlərdə bildirilib ki, 2009-2013-cü illər ərzində formalaşan verginin cəmi 16 milyon dolları ödənib.

Şirkətin mətbuat katibi isə məsələ ilə bağlı şərh verməkdən çəkinib.

Milli.Az