Kök qadın kök qadınlara qarşı - FOTO

16 Aprel 2015 14:56

"Həqiqət acıdır və hamı onu sevmir. Mən isə həqiqəti sevirəm - nə qədər qəribə təsir bağışlasa da. "Victoria's Secret" brendinə qarşı başlanmış kampaniya əslində çəkiləri izafi olan qadınlara dəstək yox, arıq və nərmənazik qadınların aşağılanması sayıla bilər".
 

"Lane Bryant" brendinin sosial şəbəkələrdə başladığı "Mən mələk deyiləm" (#ImNoAngel) kampaniyasının iştirakçılarından biri, ABŞ-ın Nyu-York şəhərində yaşayan yazıçı Amanda Riçards Xojane jurnalındakı məqaləsində bunu deyib.
 

Milli.Az bildirir ki, Amandanın fikrincə, "#ImNoAngel" heşteqli kampaniyası üçün çəkilmiş fotosessiyada kök, daha doğrusu, modelyerlərin "toppuş" adlandırdıqları xanımlar bir araya gələrək "Lane Bryant" brendinin alt paltarlarında fotolar çəkdirmiş, pozalar vermişdilər.
 

Həmin qadınlar arasında Amanda Riçards da vardı.
 

"İş ondadır ki, kök qadınların hamısı bu fotodakı xanımlar kimi deyil. Məsələn, biri elə mən. Kökəm və çəkimdən xoşlanmıram. Arıqlamaq, izafi kiloqramlardan qurtulmaq istəyirəm. Ona görə də kök qadınların fotolarından arıq qadınlara qarşı kampaniya kimi istifadə etməyi məqbul saymıram", - Amanda Riçards yazıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.