Rusiyanı hədələdilər

6 May 2015 10:32
Rusiya Donbassda atəşin dayandırılması ilə bağlı Minsk razılaşmalarını tam olaraq yerinə yetirməzsə və Krımı Ukraynaya geri qaytarmazsa, Avropa Birliyi şimal qonşumuza qarşı sanksiyaları gücləndirmək və Ukraynanı müdafiə silahları ilə təchiz etmək məcburiyyətində qalacaq.

Milli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, belə bir mətn Avropa parlamentinin qəbul etdiyi qətnamədə qeyd olunub.

Krımın Ukraynaya qaytarılmasının Avropa Birliyinin Rusiya ilə uzunmüddətli əməkdaşlığı üçün olduqca vacib olduğunu avropalı parlamentarilər qeyd ediblər.

Milli.Az