Elnarə: "17 yaşındakı bədbəxt nə bilir ki, qız seçmək nədir"

6 May 2015 09:30
Elnarə Abdullayeva sevgi haqqında fikirlərini bildirib
Milli.Az gecce.az xəbər verir ki, müğənni gənc yaşda sevib əzab çəkənləri qınayıb. Onları real olmağa çağırıb.

"17 yaşındakı bədbəxt nə bilir ki, qız seçmək nədir? İndiki gənclər beynini sevgi ilə doldururlar. Elə qızlarımız var ki, oğlana görə stress yaşayır, dərd çəkirlər. Bəsdir...

Mənim oğlum hələ altıncı sinifdə oxuyur. İndidən başa salmışam ki, dərsini oxu, sevgi-zad boş şeydir. Demirəm ki, sevməsin, sevsin. Amma hər şeyin öz vaxtı var".

Milli.Az