ABŞ-ın Texas ştatındakı fermalardan birində 5 əntiq, çox dəyərli avtomobil aşkarlanıb.
İyunun 12-də İndianapolis şəhərində keçiriləcək "Indianapolis Motor Speedway" yarışında bu avtomobillər hərracda satılacaq.
Milli.Az Fox News-a istinadən bildirir ki, avtomobilləri satışa çıxaracaq "Motostalgia Auctions" hərrac evinin sahibi Antonio Bryunenin dediyinə görə, maşınların toplam ilkin satış qiyməti 700 min dollardır.
Avtomobillərin satışından əldə ediləcək məbləğin bundan xeyli artıq olacağı şübhə doğurmur.
Fermadakı köhnə tövlə qərinələr əvvəl qaraja çevrilmişdi və bu qarajda 5 əntiq avtomobil - 1932-ci ilin Cadillac 370B V-12 Victoria Convertible, 1933-cü ilin Cadillac Model 370C V-12 Town Coupe, 1938-ci ilin Cadillac Series 90 V-16 Fleetwood Limo, 1923-c ilin Milburn Electric Model 27L və 1908-ci ilin REO Model G Boattail Roadster/Sedan Tonneau avtomobilləri saxlanılırdı.
Avtomobillər çox dəyərlidir. Məsələn, Cadillac 370B V-12 Victoria Convertible-in ən azı 350 min dollara satılacağı gözlənilir.
"Əntiq avtomobilləri sevən insanlar üçün bu tövlə gözəl, unikal xəzinədir. Toz basmış, illərdən bəri tərpənməz qalmış bu maşınlara baxanda özümü sanki zaman mexanizmi ilə keçmişə düşmüş adam kimi hiss edirəm", - Antonio Bryune deyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.