Putin yeni, nəhəng fond yaradır

5 May 2015 22:21
Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Valyuta Fonduna alternativ fond yaradılmasına razılıq verdiyi bildirilir.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, söhbət Rusiya, Braziliyi, Çin, Hindistan və Cənubi Afrikanın üzv olduğu 100 milyard dollarlıq BRİCS fondunun yaradılmasından gedir.

Bu barədə RIA Novosti agentliyi məlumat yayıb.

Rusiya bu fonda 18 milyard dollar verəcək, ən böyük vəsaiti isə Çin qoyacaq-41 milyard dollar.

Fondi yaratmaqda məqsəd inkişaf etməkdə olan ölkələri qısa müddətli iqtisadi təzyiqlərdən qorumaq və BRİCS-ə üzv olan 5 ölkə arasında əməkdaşlığı artırmaqdır.

Rusiya, bu fondu BVF-yə bir alternativ kimi görür. BRİCS ölkələri həmçinin mərkəzi Şanxayda olacaq beynəlxalq bank yaratmaq fikrindədirlər.

Dünyada istehsalın beşdə biri BRİCS ölkələrinin payına düşür.

Milli.Az