Onun sözlərinə görə, AİB diqqəti yoxsulluğun səviyyəsinin azaldılmasına və inklüziv artımın çoxaldılmasına yönəltməyə davam edəcək.
T.Nakao qeyd edib ki, AİB regional əməkdaşlıq və inteqrasiyaya yardım sahəsində böyük təcrübəyə malikdir: "Əməkdaşlıq və ticarət imkanlarının yaxşılaşdırılması iqtisadi artım və yoxsulluğun azaldılması üçün həlledici əhəmiyyətə malikdir. Biz regionlar arasında əlaqələri və ticarəti təşviq etməliyik".
O əlavə edib: "Bu il bankın 2020-ci ildən sonrakı yeni strategiyasını hazırlayacağıq. Strategiya AİB-in maliyyələşdirilməsini genişləndirməyi və Asiya-Sakit okean regionunda inkişaf şərtlərinin dəyişməsini nəzərə alacaq".
Milli.Az