Mayın 21-22-də Riqada "Şərq tərəfdaşlığı" (ŞT) Proqramının üzvü olan ölkələrin sammiti keçiriləcək. Müşavirədə Aİ-nin 28 ölkəsinin və "Şərq Tərəfdaşlığı"nın altı tərəfdaş ölkəsinin yüksək vəzifəli şəxsləri, habelə Aİ təsisatlarının siyasi rəhbərliyi iştirak edəcəklər. Gözlənildiyinə görə, Riqa sammiti Aİ-nin xarici siyasətində Avropa qonşuluq siyasətinin tərkib hissəsi kimi "Şərq Tərəfdaşlığı" siyasətinin strateji əhəmiyyətini təsdiq edəcək. Sammitdə ŞT siyasətinin həyata keçirilməsinin aktual məsələləri və çağırışları müzakirə olunacaq, habelə yaxın illərdə Aİ-nin tərəfdaş ölkələr ilə əməkdaşlığın inkişafının əsas istiqamətləri qeyd olunacaq. Sözügedən sammitə Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsünə qoşulan Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus prezidentləri dəvət olunublar. Riqa sammiti, Azərbaycanın bu tədbirdə iştirakı, ölkəmizin Avropa ölkələri ilə münasibətləri və sairlə bağlı "Kaspi"nin suallarını "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.Elxan Şahinoğlu: "Bizim üçün ən münasib format strateji tərəfdaşlıqdır"