Ən qənaətcil Peugeot

5 May 2015 23:45
Dizel Peugeot 208 Fransada seriya avtomobilləri üçün yanacaq sərfiyyatına görə yeni rekord göstərici nümayiş etdirib. Maşın 2 152 km məsafəni cəmi 43 litr dizel yanacağı ilə qət edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil orta hesabla hər 100 km-də 2 litr yanacaq sərf edib. Əlbəttə ki, sınaq ümumi istifadə yollarında deyil, Belşam xüsusi korporativ təcrübə meydanında keçirilib.

Sınaqda 1,6 litrlik BlueHDi 100 S&S mühərriki və 5 pilləli mexaniki ötürücü qutu ilə təchiz edilmiş standart Peugeot 208 iştirak edib. Maşın məsafəni 38 saata qət edib.
 

Milli.Az