Tayı-bərabəri olmayan Mercedes-Benz - FOTO

5 May 2015 22:15
Mansory avtomobil emalatxanası modernizə edilmiş unikal sedan Mercedes-Benz S63 AMG təqdim edib. Avtomobil əsl mənada unikal rəngi, səliqəli karbon unikal asması və modifikasiyadan asılı olaraq 800 və 1000 at güclü mühərriki ilə seçilir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, belə modernizasiya külli miqdarda pul tələb edir. Məsələn, təqdim edilən sedan Mansory Mercedes-Benz S63 AMG unikal Ferrari F12 idman modelindən baha ola bilər.

Modernizə edilmiş sedanın ən güclü və sürətli Mansory Mercedes-Benz S63 AMG versiyası ilk "yüzlüyə" 3,2 saniyədə sürətlənə bilir. Maşının maksimal sürəti 300 km/saat həddində elektron məhdudlaşdırılıb. Bir sözlə, qarşımızda bir çox superkarla müqayisə edilə biləcək Mercedes-Benz S-Class durur.

Gücün və fırlanma anının xeyli artırlması ilə yanaşı Mansory Mercedes-Benz S63 AMG yeni bamperləri, böyüdülmüş havaçəkənləri, yenidən işlənmiş radiator barmaqlığı və səliqəli aerodinamik asması ilə də öyünə bilər. Bu elementlərin hamısı karbondan hazırlanıb. Bütün bu gözəlliyin qiyməti isə dəqiqləşdirilmir.

Milli.Az