Çox maraqlı Renault alındı - VİDEO - FOTO

5 May 2015 22:45
Renault şirkəti baş rolda Sandero RS "qaynar" heçbeki olmaqla videotizerin tam versiyasını açıqlayıb. Videoda hetç Fluence və Megane modelləri ilə birgə trasda şütüyür. İstehsalçı yeni modelin nə zaman debüt edəcəyini açıqlamır. Çox güman ki, bu hadisə yaxın vaxtlarda baş verəcək. 

Milli.Az 4charx.com-a istinadən bildirir ki, "qaynar" Renault Sandero RS texniki xüsusiyyətləri haqqında konkret məlumat yoxdur. Qeyri-rəsmi məlumatlara görə avtomobil 150 at güclü 2,0 litrlik benzin mühərriki ilə təchiz ediləcək. Xaricdən Sandero idman versiyası adi plastic asması, görünüşü dəyişdirilmiş bamperləri, fərqli arxa fənərləri və həmçinin Led-elementli gündüz hərəkət işıqları ilə seçilir.

Yeni Renault Sandero RS ilk olaraq Braziliya bazarında satışa çıxarılacaq. Gələcəkdə maşının digər bazarlara da çıxarılacağı gözlənilir.

Milli.Az





фото