“Samsung Tizen Store” bazara çıxarılır

5 May 2015 23:50
"Samsung" şirkəti yeni "Samsung Tizen Store" qurğusunu yaxın günlərdə dünya bazarlarına təqdim edəcək. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Samsung" ən yaxın zamanda "Tizen" əməliyyat sistemi üzərində işləyən "Samsung Z1" smartfonunun satış coğrafiyasını genişləndirmək niyyətindədir.

Hazırda bu qurğu təkcə Hindistanda və Banqladeşdə satılır. Lakin qurğunun artıq Rusiyada da satılacağı ehtimal edilir.

Hazırda "Samsung" daha iki smartfon üzərində işləyir və yaxında "Tizen"i "ağıllı" televizorlarında tətbiq edəcək.

Milli.Az