Çamadan sahibinə yerini deyəcək

5 May 2015 21:50
"Samsung" və "Samsonite" şirkətləri olduğu yer haqda sahibinə məlumat verən çamadan hazırlayır.

Çamadanlar təyyarədən boşaltma zamanı öz yeri haqda məlumat vermək üçün "GPS" ötürücü ilə təchiz ediləcək. Əgər çamadan icazəsiz açılsa, o zaman sahibi bu haqda mesaj alacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Samsonite" şirkətinin icraçı direktoru Rameş Tainval bildirib ki, "ağıllı baqaj" sahibi ilə əlaqə saxlaya biləcək, ancaq sadəcə, olduğu yer haqda məlumat azdır: "Biz daha yaxşı qurğu yaratmaq üçün "Samsung" şirkəti ilə birgə işləyirik".

"Ağıllı baqaj"ın satışa çıxarılma tarixi bəlli deyil. Plana əsasən, çamadan yalnız öz sahibinə kömək etməyəcək, həm də baqajın çəkisi və təyinat nöqtəsi haqda məlumatları aviaşirkətlərə çatdıracaq. 

Milli.Az