Qanuni oğru 7 ailə üzvü ilə birlikdə güllələndi - ƏLAVƏ OLUNUB
22 Yanvar 2011 11:34
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, evlərdən birində odlu silahla qətlə yetirilmiş 5 kişi, 3 qadın cəsədi aşkarlanıb. Bunun "Xan" ləqəbilə tanınmış "qanuni oğru"nun ailəsi olduğu müəyyənləşdirilb. 1950-ci il doğumlu "Xan" da başda olmaqla, onun ailə üzvlərinin qətlilə bağlı araşdırmalara başlanılıb.
İstintaqdakı mənbənin sözlərinə görə, qətliama əsas səbəb kimi kriminal "razborka" göstərilir. Öldürülmüş şəxslərin şəxsiyyətləri açıqlanmır. Qətliamdan 1-i südəmər olmaqla, 2 uşağın sağ çıxdığı da bildirilir.
*****
RİA "Novosti" xəbər verir ki, milis qətldə şübhəli bilinən 6 nəfəri
saxlasa da, sonradan onların cinayətə aidiyyatının olmadığı məlum olub.
Nəticədə həmin şəxslər sərbəst buraxılıblar. Şəhərdə isə "Vulkan 3"
əməliyyat planı qüvvədədir. Qatil və ya qatillərin müəyyənləşdirilməsi və
tutulması üçün tədbirlər görülur.
Bu arada öldürülmüş şəxslərin
"qanuni oğru" Vladimir Slezarevlə yanaşı onun məşuqəsi, qızı və kürəkəni, evdəki dayə, sürücü və itlərə baxan şəxs olduğu açıqlanıb.
"Qanuni oğru"nun 8 yaşlı və 15 günlük nəvələrinə isə toxunulmayıb. Milis
onları qətlin baş verdiyi evdə aşkarlayıb.
Milli.Az