Türkiyədə 41 turist zəhərləndi

5 May 2015 10:12
Antalyada otellərin birində turistlərin kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Hovuzun xlorla dezinfeksiyası nəticəsində adı çəkilməyən otellərin birində 41 turist zəhərlənib.

Bütün zərərçəkənlər yaxın xəstəxanalara çatdırılıblar.

Hazırda turistlərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Milli.Az