Daha bir sevgi faciəsi: "Ya mənim olmalısan, ya qara torpağın" - FOTO

5 May 2015 11:03

ABŞ-da ölkəni şoka salan cinayət hadisəsi baş verib. Nişanlısının "xəyanət"inə dözə bilməyən gənc sevdiyi qızı öldürməyə çalışsa da, sonucda heç bir günahı olmayan 2 nəfəri qətlə yetirib, 2 nəfəri də ağır yaralayıb. Bundan sonra isə o, intihar edib.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qanlı olay ABŞ-ın Viskonsin ştatındakı Menaşa şəhərində yaşanıb.

ABŞ Hərbi-Hava Qüvvələrinin veteranı, 27 yaşlı Serhio Valensiya del Toro nişanlısı Heylinin onunla evlənmək fikrindən vaz keçməsinə dözə bilməyib.
 

Heyliyə "Ya məni olmalısan, ya qara torpağın" tipli "təklif"ini çatdırandan sonra da qızın inad etdiyini görən del Toro Heylinin ailəsinin yaşadığı evə yollanıb. Burada o, evə girmək istəsə də, qapını açmayıblar.


Sinirlənmiş del Toro tapançasını çıxararaq yoldan keçənlərə atəş açmağa başlayıb.


Sonucda 33 yaşlı Conatan Ştoffel, onun 11 yaşlı qızı Oliviya aldıqları yaralardan hadisə yerində keçiniblər. 1 yaşlı Adam Bentdal ağır yaralanıb.


Conatan Ştoffelin xanımı, 32 yaşlı Erin Ştoffelə 3 dəfə atəş açılsa da, o, sağ qalıb və 5 yaşlı oğlu ilə 7 yaşlı qızını götürərək qaçıb, gizlənib.

Erin Ştoffel "Theda Clark Medical Center"dədir. Onun durumu kritikdir.
 

Menaşa polis departamentinin rəisi Tim Stikanın dediyinə görə, Heylinin yaşadığı evə velosipedlə yollanmış Serhio Valensiya del Toro universitetdə birlikdə oxuduğu Heylinin nişan üzüyünü qaytarmasından və nikahdan vaz keçməsindən depressiyaya düşdüyünü bildirib.
 

"Bu adam qurbanlarına iki tapançadan atəş açıb", - Stika söyləyib.
 

Ştoffellər ailəsi qonşu Nenah şəhərinin sakinləridir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.