Qadın və kişilərin motosikletdə birgə getməsi qadağan edilir
4 May 2015 23:25
İndoneziyanın Açex əyalətinin rəhbərliyi qadın və kişilərin motosikletdə birgə getməsini qadağan etmək niyyətindədir. Bu barədə Trend xarici mətbuata istindən məlumat verir.
Əyalətin qanunverici məclisinin üzvü Fauzan Hamza bəyan edib ki, nəqliyyat vastələrindən istifadə qaydalarının sərtləşdirilməsinə başlanılmalıdır.
F.Hamza xatırladıb ki, 2013-cü ildə qadınların motosikletdə (yan oturacaq istisna olmaqla) getməsini qadağan edən qanun qəbul edildi. Lakin bu normaya əməl olunmadı.
Bu baxımdan F.Hamza kişi və qadınların motosikletdə birgə getməsinin qadağan edilməsini vacib sayır.
Milli.Az