"Azəryolservis" ASC yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri ilə məşğul olan qurumlara müraciət edib.
Milli.Az bildirir ki, ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, qəza halları istisna olmaqla planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan, asfalt-beton örtüyü qazılaraq yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri işlərinə icazə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən may ayının 15-dən 1-ci Avropa Oyunları bitənədək müvəqqəti dayandırılır.
ASC bununla əlaqədar olaraq aidiyyəti qurumlardan anlayışlı olmalarını xahiş edir və öz işlərini iyul ayından sonrakı dövrə planlaşdırmalarını tövsiyə edir.
Milli.Az