Cəmi 15 yaşında Olimpiya çempionu olmaq mümkündürmü? Özündən az qala iki dəfə böyüklərlə mübarizə aparıb qızıl medala sahib çıxmaq, milyonların arzusunda olduğu hədəfə hələ məktəbdə oxuya-oxuya çatmaq realdırmı? "Fantastikadır, xəyaldır" deyə bilərsiniz. Ancaq yanılarsınız. Bu gün sizə haqqında bəhs edəcəyimiz idmançı bunun əsl reallıq olduğunu bir il əvvəl sübut edib. Fiqurlu konkisürmə üzrə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının qızıl medalçısı, rusiyalı Yuliya Lipnitskaya hələ 15 yaşı olanda çempionluğunun şərəfinə ölkəsinin himnini eşidib. Gəlin, birlikdə bu möhtəşəm uğurun memarının hələ ki qısa, ancaq şanlı həyat tarixçəsinə nəzər salaq.Yuliya Lipnitskaya buz üstündə möcüzələr yaratmaqda davam edir