Nepalda ölənlərin sayı 7,3 mini ötdü
4 May 2015 15:00
Nepalda dağıdıcı zəlzələdən sonra ölənlərin sayı 7,3 mini ötüb. Bu barədə Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir.
Daha əvvəl 7240 nəfərin ölümü barədə məlumat yayılmışdı.
Polisin məlimatına görə, 7365 nəfər həlak olub, 14366 nəfər isə xəsarət alıb. Paytaxt Katmandu şəhərində bir çox yaşayış evləri və qədim məbədlər dağılıb.
Qeyd edək ki, aprelin 25-də Nepalda 7,8 - 7,9 gücündə zəlzələ baş verib. Ayın 26-da isə bütün regionda yeraltı təkanlar hiss edilib.
Milli.Az