Avtobus sürücüsünə 10 il həbs

4 May 2015 14:19
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elçin Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Kazımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 14-də Sabunçu rayonu Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elçin Kazımov idarə etdiyi "İsuzu" markalı avtobusu yolun kənarındakı dəmir hasara vurub.

E. Kazımovun sərnişinlərindən - Saatlı rayon sakini Haqverdi Kərimov və Laçın rayon sakini İlqar İmanov hadisə yerində ölüblər, digər 6 sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Milli.Az