BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək kreativ biznes ideyaları olan gənclərə layihələrinin ilkin mərhələsində peşəkar dəstək göstərməklə, bu layihələrin daha sürətlə həyata keçməsinə və dayanıqlığının təmin edilməsinə şərait yaratmaqdır.
BBF-in yaradılmasının zəruriliyi barədə söz açan Anar Əlizadə qeyd edib: "Son zamanlar ölkəmizdə gənclərin təşəbbüsü ilə xeyli yeni biznes layihələri yaradılır. Lakin bu biznes layihələrinin böyük hissəsi fəaliyyətini davam etdirə bilmir. Buna səbəb kimi idarəçilik və marketinq sahəsindəki təcrübənin yetərincə olmamasını, maddi-texniki bazanın zəifliyini, investisiya azlığını, komandanın təşkilatlanmasındakı çətinlikləri və digər bu kimi amilləri göstərmək olar. Nəticə etibarilə, gənclərimiz ağıllı və yaradıcı biznes ideyaları ilə çıxış etsələr də, bu kimi səbəblər onların uğur qazanmalarına mane olur. Gənclərimizin uğurlu biznes qurmasına istər şərait yaratmaq, istərsə də birbaşa dəstək göstərmək məqsədilə son illərdə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı tədbirlər həyata keçirir. Bu tədbirlərin reallaşdırılması və Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində uğurlu biznes quran gənclərin sayı günü-gündən artır. Biz də işgüzar elita təmsilçisi olaraq, Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin biznes ictimaiyyətinə ünvanladığı ölkə iqtisadiyyatının diversifikasiyas
BBF fəaliyyətini 2 struktur bölmədə həyata keçirəcək.
Bölmələrdən birində - Startap Laboratoriyasınd
Digər bölmə olan Kovörkinq Mərkəzində (Сo-working center) isə əsasən frilanserlər (proqramçılar, tərcüməçilər, dizaynerlər və s.), kiçik biznes və layihələrin nümayəndələri öz fəaliyyətləri üçün ortaq məkandan istifadə edə biləcəklər. Zahiri görünüşü baxımından Kovörkinq Mərkəzi adi ofislərdən az fərqlənir. Əsas fərq burada fəaliyyət göstərəcək insanların bir-birindən heç bir asılılığın olmamasıdır. Təşkilatın ofisi öz görkəmi ilə də fərqlənir. Ofisdə iş və istirahət üçün, əsasən də, burada fəaliyyət göstərəcək startaplar, kiçik bizneslər və frilanserlərin özlərini tam sərbəst hiss etmələrinə hər cür şərait yaradılıb: burada fərqli dizaynda iş zalları, konfrans otaqları, istirahət və oyun otaqları, mətbəx, yüksək sürətli internet, telefon, resepşn xidməti və ofis üçün lazım olan digər avadanlıqlar mövcuddur.
"Baku Business Factory" haqqında ətraflı məlumatla http://bbf.az saytında tanış ola bilərsiz.
Böyütmək üçün şəkillərə klikləyin.