Tanınmış aktyor, istedadlı rejissor, xalq artisti Ramiz Əzizbəylinin səhhəti pisləşib
Bu haqda modern.az-a xalqı artistinin keçmiş tələbəsi Kərim Kərimli məlumat verib:
"Hazırda Ramiz Əzizbəylinin vəziyyəti çox ağırdır. Hamıdan xahiş edirəm ki, onun üçün əlimizdən gələni edək".
Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdir, aktyor evə buraxılıb. Milli.Az