"Məni görəndə çoxu pul görür" - VİDEO

4 May 2015 11:52
Gənc müğənni Aytac Vidadiqızı "Sevirəm" adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib
Aytac Vidadiqızı mahnılarının çoxunun həm söz, həm də musiqi müəllifidir. "Sevirəm" adlı mahnısının isə yalnız sözləri ifaçının özünə məxsusdur. Eşqdən bəhs edən sözləri yazmaq üçün  ilham pərisi ifaçıya gecəyarı gəlib. Bu haqda Aytac Vidadiqızı Milli.Az-a özü açıqlama verib.

"Gecə idi... Xəyallara dalmışdım... Birdən içimdə sevgi tumurcuqlarının baş qaldırmasını hiss etdim. Mən özüm həm bəstəkar, həm də söz yazarıyam. Bu mahnımdakı sözlər içimdən gələn hisslərdən ibarətdir. Mahnımı dinləyən mənim hisslərimdən xəbərdar olacaq. İnanıram ki, hər dinləyici bu mahnımda məni görə biləcək".

Milli.Az-a açıqlamasında müğənni sentimental mahnısına pul tapa biləcəyi halda klip çəkdirəcəyini də gizlətmədi.

"Hər kəsi varlı müğənni adlandırırlar. Məni görəndə çoxu pul görür. Amma bu belə deyil. Əgər pul tapsam, bu mahnıma da klip çəkdirəcəyəm. Pullarımın çoxunu ötən ay təqdim etdiyim "Bezdim, gəlmə" adlı klipimin çəkilişinə xərclədim. Bilirsiniz ki, klipin ekran işi Gürcüstanda həyata keçdi. Bu səbəbdən hələ ki, "Sevirəm" adlı mahnımın klip çəkilişinin olub-olmaması maddiyyata bağlıdır".

Qeyd edək ki, Aytac Vidadiqızının "Sevirəm" mahnısının ilk dinləyiciləri məhz media işçiləri olublar. Jurnalistləri özünün dostu adlandıram müğənni ötən ay "Bezdim, gəlmə" klipinin təqdimat mərasimində yeni mahnısını da yalnız jurnalistlərə təqdim etmişdir.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото