İŞİD Amerikada: Məhəmməd Peyğəmbəri təhqir edənlərin qanı töküldü - YENİLƏNİB - FOTO

4 May 2015 11:26

11:26

"İslam Dövləti" radikal qruplaşması Harlend şəhərindəki (Texas ştatı) atışmaya görə məsuliyyəti öz üzərinə götürüb. Milli.Az xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb. Məlumata əsasən, İŞİD üzvlərindən biri bu barədə özünün Twitter profilində yazıb. Yerli polis nümayəndəsi Co Harn bildirib ki, Məhəmməd Peyğəmbərin karikaturalarının nümayiş olunduğu sərgiyə 200-ə yaxın adam toplaşmışdı.

----------
09:56

ABŞ-ın Texas ştatındakı Harlend şəhərində, "Curtis Culwell Center"in yaxınlığında polis iki nəfəri güllələyib. Mərkəzdə Hz.Məhəmmədin (s.ə.s.) aşağılandığı karikaturaların sərgisi keçirilir.
 

Milli.Az ABC-yə istinadən billirir ki, Texas polisindən verilən məlumata görə, mərkəzin binasına yaxınlaşan iki nəfər qəflətən tapança çıxararaq polis zabitinə atəş açmağa başlayıb. Hücum edən şəxslər cavab atəşi ilə qətlə yetiriliblər. Yaralanmış polis zabiti Bryus Coyner xəstəxanaya göndərilib.

Qarlend şəhərinin meri Daqlas Atasın dediyinə görə, polsi zabiti ayağından yaralanıb.
 

Atışma başlayan kimi binanın yaxınlığındakı məhəllələrin sakinləri təxliyyə olunublar. Polis həmin məkandakı avtomobillərdə də axtarış aparıb.

Hz.Məhəmmədin aşağılandığı karikaturaların sərgisini "Amerikanın islamlaşdırılmasına qarşı mübarizə"si ilə tanınan "American Freedom Defense Initiative" qurumu təşkil etmişdi. Sərginin təşkilatçıları təhlükəsizlik tədbirlərinə 10 min dollar xərcləyiblər.
 

Sərgidə Hz.Məhəmmədi aşağılayan "ən yaxşı karikatura"aya 12500 dollarlıq mükafat vəd olunmuşdu. Həmin mükafatı amerikalı karikaturaçı Boş Faustin alıb.
 

"American Freedom Defense Initiative"in prezidenti, "Stop Islamization of America"nın həmtəsisçisi Pamela Qellerin dediyinə görə, sərgiyə hücum "söz azadlığına hücum"dur.
 

Sərginin əsas qonaqlarından biri islama və müsəlmanlara qarşı dözümsüzlüyü, anti-islam ritorikası ilə tanınan ifrat sağçı holland siyasətçi Geert Vilders idi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.