Neft yenidən bahalaşacaq

3 May 2015 18:45
2015-ci ilin ikinci yarısında neftin qiyməti yüksələcək. Bu haqda bazar günü Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında ekspertlər deyiblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, onların sözlərinə görə, gələcəkdə neftin qiymətinin aşağı düşməsi gözlənilmir:

"Biz hesab edirik ki, iyunda neftin qiyməti yuxarı qalxmağa başlayacaq və cari ilin sentyabrında bir barelin qiyməti 75-80 dollar təşkil edəcək".

Milli.Az