Hamiləliyi gizlədən azərbaycanlı müğənninin yeni FOTOsu
3 May 2015 12:58
Emma Ələkbərzadə dözməyib üzə çıxdı
Hamiləliyini mediadan gizlətməyə çalışan müğənni Emma Ələkbərzadə dözməyib ictimaiyyət arasına çıxdı.
Anspress-in məlumatına görə, estrada ifaçısı həyat yoldaşı ilə birlikdə "Baku Fashion Week" moda nümayişinə qatılıb. O, tədbirdə çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.
Emma Ələkbərzadə hamiləliyi ilə bağlı xəbərlərin mediada yer almasından narazı olduğunu bildirmişdi: "Çox çalışdım ki, jurnalistlər xəbər tutmasın, amma alınmadı. Bu barədə konkret heç nə deməyəcəm. Sadəcə, onu deyə bilərəm ki, körpəmi qucağıma götürəcəyim günə az qalıb. Bundan artıq heç bir məlumat verməyəcəm. Çox xahiş edirəm, heç kim məni narahat etməsin".
Xatırladaq ki, Emma Ələkbərzadə 3 noyabr, 2012-ci ildə Çingiz Emil adlı bəylə rəsmi nikaha girib. Cütlüyün toy mərasimi müəyyən səbəblərdən 3 ay sonra, 8 fevral 2013-cü ildə baş tutmuşdu. Milli.Az