SOCAR-ın Türkiyə layihələri risklidir?

2 May 2015 20:32

Türk lirəsinin dəyərdən düşməsi "SOCAR Turkey Enerji" şirkətinin layihələrinə təsir etməyəcək.

Bunu Trend-ə "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə heyətinin üzvü Kənan Yavuz deyib.
 

Onun sözlərinə görə, STAR NEZ də daxil olmaqla layihələrimizin gəlirləri və dəyəri dollarla ifadə edilir: "Buna görə də türk lirəsinə qarşı dolların məzənnəsinin dəyişməsi layihələrimizə təsir etməyəcək".
 

K.Yavuz qeyd edib ki, türk lirəsinin dəyərdən düşməsi Trans-Anadolu qaz kəmərinin (TANAP) tikinti layihəsinə də böyük təsir etməyəcək: "Türk lirəsinin dəyərdən düşməsi TANAP layihəsinin uğurla reallaşdırılmasına böyük təsir etməyəcək, çünki onun indiki səhdmarları SOCAR, BOTAŞ və BP-dir".
 

Şirkət rəhbəri əlavə edib ki, ABŞ valyutası təkcə türk lirəsinə deyil, həm də dünyanın digər valyutalarına qarşı möhkəmlənib: "Türk lirəsinin dəyərsizləşməsi idxalı çətinləşdirəcək və buna görə də Türkiyə ixrac və məşğulluğa yönəlmiş struktura keçməlidir".

Milli.Az