"Namus" azərbaycanlı gənci dost qatili etdi

2 May 2015 14:08

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda qətl hadisəsi baş verib

APA-nın xəbərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, rayonun Qızılhacılı kənd sakini, 1988-ci il təvəllüdlü Nəbi Məmişov dostu və kirvəsi, həmçinin qonşusu olan, 1988-ci il təvəllüdlü Roman Həsənova ov tüfəngindən atəş açıb.

R. Həsənov hadisə yerində ölüb.

Yerli sakinlərin bildirdiyinə görə, hadisədən sonra N. Məmişov Marneuli Rayon Polis İdarəsinin əməkdaşlarına könüllü təslim olub.

Sakinlərin sözlərinə görə, hər iki gənc Marneuli şəhərinin 26 May küçəsində yerləşən kafe-çayxanada çalışıb.

Qətlin namus üstündə baş verdiyi bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Ov tüfəngi sübut kimi götürülüb.

Milli.Az