Hələlik sadə əməliyyatlardır

3 May 2015 22:45
İstifadəçilərin əksəriyyəti onlayn bankçılıqdan balansın yoxlanılması, kommunal xidmətlərin ödənilməsi, kiçik məbləğlərin köçürülməsi və s. kimi sadə hesab əməliyyatların yerinə yetirilməsi üçün istifadə edir.

"Accenture" analitik şirkətinin Şimali Amerikada keçirdiyi sorğunun nəticələrinə görə, istifadəçilər yalnız bir neçə əlavə bank xidmətində maraqlıdırlar.

Bu xidmətlər arasında alış-veriş üçün endirimlər (respondentlərin 54 faizi), avtomatik xidmət ödənişi servisləri (53 faiz), ərzaq və ya xidmət üzrə tövsiyələr (52 faiz), avtomobil krediti almaq üçün kömək (49 faiz) və ev alışı (46 faiz) yer alıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 18-34 yaşlı istifadəçilər daha çox maliyyə institutlarının maliyyələşdirilməsində maraqlı olmaqla innovativ xidmətlərdən istifadə etməyə hazırdırlar. Tədqiqatdan məlum olub ki, onların üçdə ikisi (67 faiz) onlayn bankçılığı maliyyə müəssisəsində effektiv hesab etmir.

Gənclərin 47 faizi bankın büdcəyə daha yaxşı nəzarət etməyə imkan verən alət və xidmətlər hazırlamasını istəyir. Onların 48 faizi banklara saytda müştərilərlə məsafəli ünsiyyət üçün videoçat xidmətini tətbiq etməyi təklif edir.

Eyni zamanda yaşı 55-dən yuxarı əhalinin yalnız 30 faizi belə xidmətlərə maraq göstərir.

Milli.Az