Gəncədə xeyli sayda sərxoş sürücü aşkarlandı - FOTO
1 May 2015 23:30
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, son günlər havaların mülayimləşməsi ilə istirahət zonalarına üz tutanların sayı artıb. Yollarda hərəkətin təhlükəsziliyini təmin etmək üçün yol polisi reydlərə başlayıb. Gəncədə keçirilən yoxlamalar zamanı xeyli sərxoş sürücü aşkarlanıb.
Son vaxtlar baş verən yol qəzalarının təhlili göstərir ki, əksər qəzalar sərxoş sürücülər tərəfindən törədilir. Xüsusilə də yaz və yay mövsümündə spirtli içki qəbul edib sükan arxasında əyləşən sürücülərə daha çox rast gəlinir. Gəncədə keçirilən növbəti reyd zamanı sərxoş sürücülərin çoxluğu belə deməyə əsas verir.
Son günlər yol hərəkət qaydalarını pozan sürücülərin sayının artması yol polisini yenidən hərəkətə keçirib. Asayiş keşikçiləri şəhərin Əziz Əliyev küçəsində növbəti reydini keçirir. Bu dəfə ki reyddə maraqlı görünütülərə səhnə olub.
Reyd zamanı rast gəlinən maraqlı məqamlardan biri spirtli içki qəbul edib sükan araxasında əyləşənlər arasında yaşlı nəslin nümayəndələrinin çoxluq təşkil etməsidir. Gənclərdən fərqli olaraq, belələri yol polisinin göstərişlərini mülayim qarşılayıblar.
Yoxlamalar zamanı avtomobilin konstruksiyasına dəyişiklik edən sürücələrə də rast gəlinib. Belə nəqliyyat vasitələrinin sahibləri barəsində qanunamüvafiq tədbir görülüb.
Ümumilikdə bir saat davam edən reyd zamanı 10 sərxoş sürücü aşkarlanıb. Bir neçə avtomobil sənədsiz idarə olunduğu üçün cərimə meydançasına aparılıb.
Elşad Nəbiyev Gəncə şəhər DYP Şöbəsinin rəis müavini Gəncədə sərxoş sürücüləri reydləri davam etdiririk. Gördüyünüz kimi bu cür sürücülər çoxdur. Ona görə də spirtli içki qəbul edib sükan arxasında əyləşənlərə qarşı barışmaz mübarizə aparırıq.
Xatırladaq ki, Gəncənin yol polisləri son günlər şəhərin küçə və prospektlərində avtoxuliqanlıq edən sürücülərə qarşı da mübarizəni gücləndirib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.