Yanvarın 22-nə olan hava proqnozu
22 Yanvar 2011 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı ehtimal olunur.
Şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti olacaq.
Milli.Az