Onu görəndə çoxlarımızın beynindən iki söz keçir: "Moşu" və "xoşvaxtlıx". Təkcə Vaqif Səmədoğlunun əsəri əsasında hazırlanan "Bəxt üzüyü" filmdə canlandırdığı şair Moşu Göyəzənli obrazı ilə milyonlarla tamaşaçının sevimlisinə çevrilib. Müsahibimiz Azərbaycan və dünya dramaturqlarının müasir və klassik əsərləri əsasında hazırlanmış tamaşalarda, filmlərdə bir-birindən maraqlı 100-dən artıq obraza can verən, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Azərbaycanın xalq artisti Valeh Kərimovdur.Valeh Kərimov: "Lütfəli Abdullayevin bığını teatrdan gətirdiyimə görə özümü o qədər xoşbəxt hiss edirdim ki..."


