Skoda yeni modeli göstərdi - FOTO
3 May 2015 16:48
Skoda şirkəti 2015-ci model ilinin Superb liftbekinin Avropa satışlarını başlamağa hazırlaşır və bu ərəfədə öz flaqmanı haqqında geniş qalereya və ətraflı məlumat paylaşıb. Yeni avtomobil diler mərkəzlərinə bu ilin iyununda daxil olacaq və S, SE, SE L Executive və Laurin & Klement versiyalarında təklif ediləcək. Milli.Az 4charx.com-a istinadən bildirir ki, Britaniya bazarında yeni çex avtomobilinin qiyməti 18 640 - 28 740 funt sterlinq arasında dəyişir.
Skoda Superb 2015 flaqman modeli tamamilə yeni dizayn, daha yüksək comfort, yeni texnologiyalar və daha güclü mühərriklər əldə edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







