Renault Sandero-nun sirri açıldı - FOTO

3 May 2015 22:05
Fotocasuslar ilk dəfə yeni Renault Sandero RS "qaynar" versiyasını çəkməyə müvəffəq olublar. Şəkillərdə avtomobil demək olar ki, örtüksüz təqdim edilib. Yeni modelin rəsmi premyerası yaxın həftələrdə nəzərdə tutulub. Avtomobil Renault markasının bütün "qaynar" və idman modellərini hazırlayan Renault Sport bölməsinin iştirakı ilə ərsəyə gətirilir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni model Clio RS üslubunda iri hava çəpərləri olan güclü ön bamper, eninə qoyulan parlaq zolaqlı şəbəkə radiator barmaqlığı, daha böyük kəndarlar, arxa işıqdiod optika, aerodinamik spoyler, arxa diffuzor və qoşalaşdırılmış xaricetmə boruları əldə edib. Şəkillərə əsasən model endirilmiş klirensi ilə seçilir. Çox güman ki, avtomobil yeni asqı ilə təchiz ediləcək. Bundan başqa salonda da çoxlu dəyişikliklər gözlənilir.

İlkin məlumatlara görə Renault Sandero RS bio-yanacaqla işləyəcək. İki litrlik 16 klapanlı mühərrik həm benzin, həm də etanol ilə çalışa bilər. İstifadə edilən yanacaqdan asılı olaraq onun gücü 138 və ya 142 at gücü ola bilər.

Avtomobil əvvəlcə Braziliyada satılacaq.

Milli.Az