Audi S6 Avant gücləndi - FOTO

1 May 2015 23:20
"ABT Sportsline" tüninq atelyesi yenilənmiş universal "Audi S6"-ı üçün xüsusi modifikasiya hazırlayıb. Avtomobil yeni dizayn elementləri, o cümlədən gücləndirilmiş mühərrik alıb. Modelin qiyməti bir qədər sonra məlum olacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki yenilik benzinlə işləyən 4,0-litrlik V8 turbo mühərriklə təchiz edilir. Mühərrikin gücü 550 a.g., 680 Nm fırlanma anıdır. Restaylinq olunmuş "Audi S6 Avant"-ın standart modifikasiyası 450-güclü mühərriklə təchiz edilir.

Universalın dinamik xarakteristikası barədə məlumat yoxdur. "ABT Sportsline"-nın nümayəndəsi yalnız onu bildirib ki, avtomobilin maksimal sürəti 290 km/saata qədər artırılıb. Gücləndirilmiş universalın adi versiyası 0-dan 100 km/saata 4,6 saniyəyə sürətlənir. 

Universalın dizaynına gəldikdə demək olar ki, o, da dəyişikliyə məruz qalıb. Avtomobil kömür lifindən arxa spoyler, karbondan yan güzgü korpusları, 20- və 21-düymlük yüngüllehimli disklər alıb.

Sürücülər diodlu optika və yol səthi ilə təması qabaq tərəfdən 20 mm, arxa tərəfdən isə 15 mm aşağı salan "Level Control" sistemi əldə edə bilərlər. Qeyd edək ki, "Audi" yenilənmiş A6-nı ötən il Paris avtosalonunda təqdim edib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.