Mercedes G500-də yeni mühərrik olacaq - FOTO

1 May 2015 22:22
"Mercedes" şirkəti G500 modelində mühərriki dəyişməyi planlaşdırır. Avtomobil istehsalçısı bu addımı Avro-6 standartlarının sərtləşdirilmiş normalarına görə ata bilər.

Milli.Az auto.az-a istinadən bildirir ki, hazırda avtomobilin kapotu altında 5,5-litrlik benzinlə işləyən V8 mühərriki quraşdırılır. Qeyri-rəsmi məlumatlara görə, bu mühərrik 4,0-litrlik turbo V8 mühərrikinə uduza bilər. Belə mühərrik AMG GT və C63-də quraşdırılır, gücü isə 422 a.g.-dür.

Xatırladaq ki, "Mercedes" şirkəti 2017-ci il üçün G-Class modelini yeniləməyi planlaşdırır. Çox güman ki, avtomobil 100 mm enli olacaq və ya 3-, ya da 4-rıçaqlı asılqan alacaq. 

Bununla belə, modelin çəkisi 200 kq-a qədər azaldılacaq. G-Class-ın mühərrik qammasına yeni 6-silindrli 3,0-litrlik benzin və dizel güc qurğuları daxil ediləcək. Mühərrik barədə ilkin məlumatlar gələn il E-Class modelində təqdim ediləcək.

"Mercedes"-in sonuncu premyerası Şanxay avtosalonunda təqdim edilmiş konsept "GLC Coupe" olub. Avtomobilin seriyalı versiyası 2016-cı ilin sonlarında, 2017-ci ilin əvvəllərində peyda olacaq.

Avtomobil MRA platformasında yığılıb. Yenilik 21-düymlük yüngüllehimli təkər diskləri, diodlu optika, ban müdafiəsi üçün əlavə plastik alıb. Bildirilir ki, prototip demək olar, krossoverin seriyalı versiyasından fərqlənməyəcək. "GLC Coupe" 3,0-litrlik benzin V6 mühərriki ilə təchiz edilir. O, 367 a.g., 520 Nm fırlanma anına malikdir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.