Qocalara 5 milyon iPad paylanacaq

1 May 2015 22:48
Tokioda keçirilmiş mətbuat konfransında Apple şirkətinin direktoru Tim Kuk bildirib ki, Apple IBM ilə birgə Yaponiyanın yaşlı insanlarına xüsusi proqram təminatı quraşdırılmış 5 milyon iPad planşet kompüteri hədiyyə edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, nəticədə yaşlı insanlar sağlamlığına nəzarət edə və həkimlərlə əlaqə saxlaya biləcəklər.

Həmçinin Japan Post şirkəti bu kampaniyanı dəstəkləyib.

Milli.Az