İstanbuldakı aksiyalarda 4 nəfər saxlanıldı
1 May 2015 12:43
İstanbul polisi Taksimdə keçirilən 1 May nümayişləri zamanı üzünü maska ilə gizlədən 4 nəfəri saxlayıb.
Trend-in "Milliyet"ə istinadən verdiyi məlumata görə, bütün saxlanılan şəxslər Türkiyə vətəndaşlarıdır və ölkənin müxtəlif ali məktəblərinin tələbələridir.
Türkiyə parlamenti bu ilin fevralında təhlükəsizlik üzrə islahatlar paketi qəbul edib və yeni qanuna görə, aksiya iştirakçılarına üzlərini gizlətmək, maska taxmaq qadağan olunur.
Bundan başqa, aksiyalarda yandırıcı maddə olan "Molotov kokteyli"nin istifadəsi silah istifadəsi kimi qəbul olunur.
Milli.Az