Bakının canlı tarixi - FOTO
1 May 2015 11:44
I Avropa Oyunları ilə bağlı Bakıya gələcək turistlər üçün görməli, gəzməli yerlərdən biri tarixi İçərişəhərdir.
İçərişəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazidə yerləşir.
İçərişəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Tarixi qoruq həm də faktiki yaşayış məskənidir, burada 1300 ailə yaşayır.
İçərişəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınıb.
Dövrümüzə gəlib çаtmış bu şəhərin dаr, əyri-üyrü кüçələrini, mеydаnçаlаrını göz önünə gətirdiкcə ötən yüzilliklərdə hаkim оlmuş şəhər həyаtının zаmаn keçdikcə nеcə dəyişdiyini görürüк.
Milli.Az Trend-ə istinadən oxucularına İçərişəhərdən görüntüləri təqdim edir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







































