Türkiyəli millət vəkili hakim partiyadan istefa verdi

21 Yanvar 2011 16:18
Milli.Az xəbər portalı İnternethaber.com-a istinadən xəbər verir ki, millət vəkili istefa qərarını Türkiyə parlamentinin binasında keçirdiyi mətbuat konfransında açıqlayıb. O, bildirib ki, Türkiyə hakimiyyətinin yürütdüyü "açılım" siyasətləri türk millətinin ürəyində yaralar açıb: "Seçkilərdən sonra həyata keçiriləcək konstitusion dəyişikliklərlə millətimizin və ölkəmizin birlik və bütövlüyünün pozulacağı, bu yaranın daha da dərinləşəcəyindən narahatam".

Yusuf Ziya İrbeçin istefasından sonra Türkiyə Böyük Millət Məclisində qüvvələr nisbəti belədir:

AKP           334 millət vəkili
CHP           101 millət vəkili
MHP           70 millət vəkili
BDP            20 millət vəkili
Müstəqil      9 millət vəkili
DSP            6 millət vəkili
TP              1 millət vəkili
Boş yer        9
Cəmi         550.

Milli.Az