Rusiyada benzin bahalaşır

21 Yanvar 2011 16:51
Milli.Az xəbər portalının vesti.ru saytına istinadən verdiyi məlumata görə, yanvarın 11-17-si arasında yanacaqdoldurma məntəqələrində benzinin qiyməti orta hesabla 1,3% artıb. Bu, Rusiyanın 66 subyektində qeydə alınıb. Ekspertlər bahalaşmanın yanvarın 1-dən etibarən benzinin hər litrinə görə 1 rubl dəyərində aksiz tətbiq olunması ilə əsaslandırır.
Yanvarın 17-nə olan məlumata görə, ölkədə 1 litr benzinin qiyməti 23,67 rubldur.

Milli.Az