"Atletiko" türkiyəli futbolçu alır

30 Aprel 2015 17:32

"Bayer"in türkiyəli müdafiəçisi Ömər Toprak yayda klubunu dəyişə bilər. Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu ilə "Atletiko" yaxından maraqlanır.
  

Madridlilər yaxın günlərdə qarşı tərəfə rəsmi təkliflə müraciət etməyi planlaşdırırlar. Ancaq La Liqa klubunun bu istəyi həyata keçməyə də bilər. Çünki Toprakın "Bayer"lə 2018-ci ilə qədər müqaviləsi var.
  

Qeyd edək ki, 2011-ci ildən Leverkuzen klubunun formasını geyinən Ömər cari mövsümdə ümumilikdə 37 oyunda 1 qola imza atıb. Təcrübəli müdafiəçi Türkiyə millisində isə 23 matçda 2 dəfə qol vurub.

Milli.Az