“Qalatasaray” üç yeni futbolçu ilə müqavilə bağladı
21 Yanvar 2011 15:21
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, Yekta Kurtuluş və Boqdan Stanku ilə 4.5, Robinson Zapata ilə isə 1,5 illik müqavilə imzalanıb.
"Qalatsaray" Boqdan Stanku üçün klubu "Styaua"ya 5 milyon avro ödəyəcək. Oyunçunun alacağı maaş da açıqlanıb. O, bu mövsümün sonunadək 500 min avro, 2011-2012-ci il mövsümündə 1 milyon 100 min avro, 2012-2013-cü il mövsümündə 1 milyon 150 min avro, 2013-2014-cü il mövsümündə isə 1 milyon 250 min avro alacaq. Bütün mövsümlərdə futbolçu hər oyuna görə əlavə 10 min avro da alacaq.
"Qalatasaray" "Kasımpaşa"dan transfer etdiyi Yekta Kurtuluşa görə bu kluba 3 milyon 750 min avro ödəyəcək.
Türkiyə klubu kolumbiyalı qapıçı Robinson Zapata Montanoya toplam 750 min avro ödəyəcək. O, cari mövsümün sonunadək 250 min, gələn mövsüm isə 500 min avro alacq. Bundan başqa, Robinson Zapataya bu mövsümün hər oyununda 9 min, gələn mövsümün oyunlarında isə 10 min avro ödəniləcək. Qapıçı bundan əvvəl çıxış etdiyi "Styaua" ilə müqaviləsini pozduğu üçün "Qalatasaray" Rumıniya klubuna bonservis ödəməli olmayacaq.
Milli.Az