Məşhur aktyor: "Mənə xəyanət edənləri bağışlayıram" - FOTO

30 Aprel 2015 11:34

Tanınmış aktyorlar, Hollivud ulduzları Sara Cessika-ParkerRobert Dauni sübut etdilər ki, münasibətləri kəsəndən, ayrlandan sonra belə, normal ünsiyyət qurmaq mümkündür.
 

Hər birinin 50 yaşı olan Sara və Robert 24 il əvvəl ayrılmışdılar.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, aktyorlar təmaslarındakı uzun sürən fasilədən sonra Nyu-Yorkda görüşüblər.

Robert Dauni "Sirius XM" radiostansiyasındakı "The Howard Stern Show"da bildirib ki, Nyu-Yorkda olarkən sabiq sevgilisinə zəng vurub.

Sara Cessika-Parker də Dauninini qonaq çağırıb.
 

"Əla, möhtəşəm görüşdü. Sara Cessika ilə onun əri Mettyu Broderikə sayğım çoxdur. Mənə vaxt ayırdıqlarına, qonaqpərvərliklərinə görə minnətdaram. Gözəl övladları var. İllər keçsə də, Sara əsla dəyişməyib", - Robert Dauni deyib.
 

Sara Cessika-Parker və Robert Dauini dünyaca məşhur aktyorlar olanadək onların arasında 7 il davam edən sevgi olub. Amma 1991-ci ildə Sara Cessikanın səbr kasası dolub. Robert Dauni sürəkli içib sərxoş olur, narkotik maddələr qəbul edirdi.
 

Maraqlıdır, görən Robert Dauininin arvadı Syuzan indi ərini qısqanmır ki?!
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.