Ruslana: "Qadınlar dünyada sülhə sevgi vasitəsilə nail olmalıdır"
29 Aprel 2015 17:33
"Bizim üçün insan həyatı dəyərdir. Elə etməliyik ki, düyada az adam ölsün, insanlar sağ qalsın. Bizə silahlar nəyə lazımdır? Biz qadınlar dünyada sülhə sevgi vasitəsilə nail olmalıyıq".
Trend xəbər verir ki, bunu məşhur ukraynalı müğənni, "Eurovision" mahnı yarışmasının 2004-cü ildəki qalibi, Ukrayna parlamentinin sabiq üzvü Ruslana bu gün III Qlobal Bakı Forumunda qadınların sülhün qorunmasında roluna həsr olunmuş paneldə çıxış edərkən deyib.
Onun sözlərinə görə, qadınlar buna sosial layihələrlə, kütləvi mədəni tədbirlərlə nail olmalıdır. Bu məsələ internetə, küçələrə çıxarılmalıdır: "Uşaqlar sülhlə böyüməlidirlər. Uşaqlar silahla, əzələlərlə güclü görünməməlidirlər. Ukraynada müharibə çox pis işlər gördü. Əslində, on minlərlə insan ölüb. İnanın, rəsmi statistika tam başqadır. Şübhə etməyin ki, çoxlu qaçqın var. Kişilər deyir ki, bizə silah verin. Mən isə qadın kimi deyirəm ki, bizə kömək edin. Uşaqlara, əlillərə, qaçqınlara kömək edin".
Milli.Az