Uşaq bağçasında yanğın - YENİLƏNİB

21 Yanvar 2011 14:26
Milli.Az xəbər portalının FHN-in Yanğından Mühafizə Xidmətindən əldə etdiyi məlumata görə, yanğın baş verən ərazi 86 saylı uşaq bağçasının kitabxanasıdır. Yanğın müqyası kiçik olduğundan qısa zamanda söndürülüb. Hazırda yanğının səbəbləri araşdırılır. Dəymiş ziyan hesablanır.

------------
13:43

Bakının Binəqədi rayonunda yerləşən dövlət kitabxanası yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçi hissəsindən Trend-ə bildirilib ki, 1 saylı çağırışla hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.

Hazırda yanğın davam edir və yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının səbəbi hələlik məlum deyil.

Milli.Az