Bakıda oğrular evi talan etdilər
29 Aprel 2015 11:39
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. Milli.Az xəbər verir ki, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən mənzillərdən birində yaşayan 55 yaşlı İqbal Həmidovun evi talan edilib.
O, Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edib ki, dünən evdə olmadığı müddətdə naməlum şəxslər evinin qapısını xüsusi üsulla açaraq 8000 manatı oğurlayıblar.
Xətai Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, hazırda oğurluq edən şəxs tutulmayıb. Faktla bağlı cinayət işi başlanıb.
Gülər
Milli.Az