Nazir müavini: “Çörəkpulu müavinətlərinin ödənilməsində heç bir dəyişiklik edilməyib”

21 Yanvar 2011 13:38
Azərbaycanda məcburi köçkünlərə çörəkpulu müavinətlərinin ödənilməsində heç bir dəyişiklik edilməyib. APA-nın məlumatına görə, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov bildirib. Bununla bağlı son vaxtlar yayılan məlumatlara münasibət bildirən nazir müavininin sözlərinə görə, indiyədək məcburi köçkünlərin yardımları kəsilməyib: "Qaydalarda müəyyən dəyişikliklər var ki, bu da tənzimləmə ilə bağlıdır. Amma ödənişlərdə hər hansı dəyişiklik yoxdur".

Qeyd edək ki, hazırda məcburi köçkünlərə adambaşına dövlət büdcəsindən ayda 15 manat çörəkpulu müavinəti verilir.

Milli.Az