I Avropa Oyunlarına gələnlər üçün gözəl məkan: şəhərin içində su şəhərciyi - FOTO

29 Aprel 2015 10:38

Artıq bir neçə həftədir Azərbaycana turist axını artıb

Bu da təsadüfi deyil. Əgər hazırda Bakı qarşıdan gələn İlk Avropa Oyunları ilə ələqədar hər kəsi cəlb edirsə, digər tərəfdən yurdumuzun təkrarolunmaz gözəllikləri turistləri heyrətləndirir.

I Avropa Oyunlarına gələcək turistlər üçün Venesiya şəhərciyi istirahət üçün gözəl məkanlardandır. Venesiya şəhərciyi paytaxt Bakının özəlliklərindən biridir. Venesiya bu gün Bakının içində hər kəsi heyrətləndirən gözəl bir su şəhərciyidir.

Qeyd edək ki, bu şəhərciyin salınmasına hələ 1960-ci illərdən başlanılıb.

Milli.Az Trend-ə istinadən oxucularına və şəhərimizin qonaqlarına Venesiya su şəhərciyindən fotoları təqdim edir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.